Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Xocalı abidələri saxta erməni tarixinin ifşasında tutarlı mənbədir

0

  •         25 il bundan öncə ermənilər tərəfindən Xocalı sakinlərinə qarşı təkcə soyqırımı aktı həyata keçirilməyib, həm də bu ərazinin qədim tarixini özündə yaşadan çoxlu sayda tarixi abidələr, maddi-mədəniyyət nümunələri vəhşicəsinə məhv edilib. İndi işğal altında olan digər yurd yerlərimiz kimi, Xocalı abidələrinin mövcudluğu və onların son vəziyyəti hamımıza naməlum olaraq qalmaqdadır.
            Rayondakı ən qədim abidələr Azərbaycan tarixində Xocalı-Gədəbəy mədəniyyəti adı ilə tanınır. Memarlıq abidələri içərisində son Tunc və İlk Dəmir dövrünə aid nekropol, Kurqan çölü şəhərin ərazisində yerləşməklə yanaşı, eramızdan əvvəl XIII-VII əsrlərin Xocalı-Gədəbəy mədəniyyətinin ilk nümunələrini təşkil edir. Tədqiqatçılar tərəfindən Xocalıdakı tarixi mədəniyyət abidələri araşdırılan zaman onların daha çox yığcam ərazidə kompleks şəkildə yerləşməsi, həmçinin bu abidələrin fərqli xüsusiyyətlərinin olduğu müəyyənləşib. Məlum olub ki, Xocalı abidələrini başqalarından fərqləndirən xüsusiyyət onların tipoloji müxtəlifliyidir. Arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri isə zənginliyi və qeyri-adiliyi ilə seçilir.


    Xocalıdakı abidələr kompleksi Qafqazın eyni dövrə aid digər abidələrinin xronoloji çərçivəsinin dəqiqləşdirilməsi üçün etalon rolunu oynayıb. Eramızdan əvvəl II-I minillikləri əhatə edən Xocalı abidələr kompleksinin ətrafı müdafiə divarları ilə möhkəmləndirilib, yaşayış yerlərindən, istehsal ocaqlarından, siklop tikililərdən, kurqan, daş qutu və torpaq qəbirlərdən ibarət olub. Tədqiqatçılar Xocalı-Gədəbəy mədəniyyətinə aid abidələrin eramızdan əvvəl XIV əsrdən başlayaraq VII əsrə qədər üç inkişaf


    mərhələsi keçdiyini müəyyən ediblər. Ən böyük memarlıq abidələrindən olan və silsilə şəkilli hündür torpaq təpə qəbirlərdən ibarət Kurqanlar çölü Xocalı şəhərindən Xankəndi şəhəri istiqamətində yerləşib. Kurqanların tədqiqi nəticəsində məlum olub ki, həmin dövrdə Qarabağ əhalisinin həyatında sənətkarlığın iki böyük sahəsi - dulusçuluq və metalişləmə mühüm yer tutub.
            Həmçinin Xocalıdan Kətik meşəsi, Qarqar


    çayı istiqamətində Çınqıl çölü adlanan yerdə Son Tunc, İlk Dəmir dövrünə aid arxeoloji abidələr aşkar edilmişdi. Bu abidələr isə daş qutu qəbirlərdən, kurqanlardan ibarət olub. Müxtəlif vaxtlarda yadellilər tərəfindən həmin daş qutularda axtarışlar aparılan zaman oradan tuncdan hazırlanmış döyüş silahları və bəzək əşyaları tapılıb. Ermənilər bu abidələri də tar-mar edib, dağıdıblar.
            Xocalı ərazisində qeydə alınan ən böyük tarixi abidə isə Əsgəran qalasıdır. İki istehkamdan


    ibarət bu qala XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən düşmənlərdən müdafiə məqsədilə tikilib. Qala strateji yerdə tikilməklə yanaşı, Qarqar çayının sağ və sol sahillərini, eləcə də Boz-dağla Kətik meşəsini bir-biri ilə bağlayıb. Birinci Rusiya-İran müharibəsi zamanı (1804-1813-cü illər) rus qoşunlarının düşərgəsi Əsgəran qalasının yaxınlığında yerləşib. Onların arasında sülh müqaviləsi də 1810-ci ildə bu qalada bağlanıb.
            Kim bilir indi bu məkanlar, tarixi abidələr hansı vəziyyətdədir. Azərbaycan abidələrindən özlərinə saxta tarix düzəldən ermənilər Xocalının maddi-mədəni irsini də özünküləşdirir, digər xalqların hesabına tarixlərini zənginləşdirirlər. Lakin saxta, yalan məlumatlar üzərində qurulan tarix gec-tez üzə çıxır. Xocalı abidələri də saxta erməni tarixinin ifşasında tutarlı mənbədir.

    Lamiyə QARAYEVA,

    Xocalı rayon İHB-nın müavini, 

    İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 il öncə
    İzlənib40 dəfə
    Xocalı abidələri saxta erməni tarixinin ifşasında tutarlı mənbədir

    Maraqlı gələ bilər
    50